"Qalatasaray" "Bakı"nın rəqibi oldu

XƏBƏR 14 Aprel 2010 / 11:30 1715
-  A +

"Bakı" klubunun 17 yaşlı futbolçulardan ibarət komandasının Astanada keçiriləcək "Qazaxıstan Respublikasının Prezidenti Kuboku" turnirdə rəqibləri və oyunlarının vaxtı müəyyənləşib. Qol.Az-ın məlumatına görə, B qrupunda mübarizə aparacaq paytaxt təmsilçisinin rəqibləri Moskvanın MOİK, Türkiyənin "Qalatasaray" və Serbiyanın 17 yaşlılardan ibarət komandasıdır (U-17).

"Bakı" klubu ilk oyununu aprelin 26-da Bakı vaxtı ilə saat 10:00-da Serbiya yığmasına qarşı keçirəcək. Aprelin 27-də həmin saatda "Qalatasaray"la qarşılaşacaq "Bakı" komandası qrupda son oyunu MOİK-ə qarşı keçirəcək.
 
 
 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki