Foqts Premyer Liqanın formatının əleyhinə çıxdı

Foqts Premyer Liqanın formatının əleyhinə çıxdı
ÖLKƏ FUTBOLU 14 Aprel 2010 / 11:23 2194
-  A +

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Preymer Liqanın hazırkı formatından narzılıq edib. Qol.Az-ın məlumatına görə, bu gün jurnalistlərlə söhbətdə Berti Foqts bu sistemi «normal olmayan sistem» adlandırıb: «İlk «altılıq»dakı komandalar çempionluğa oynayırlar. Amma ikinci «altılığ»ın oyunları maraqsız alınır. Bu sistem tətbiq edilərkən ikinci «altılığ»ın oyunları nəzərə alınmayıb. Məndə olan məlumata görə, növbəti mövsümdən çempionat yeni formatda keçiriləcək. Ola bilər ki, yenə köhnə reqlamentə qayıdılsın. Məncə, 12 komandanın iştirakı ilə iki dövrəli sistem tətbiq etmək olar».
Berti Foqts millinin futbolçularının hazırlıq durumundan danışmaq istəmədiyini söyləyib: «Mən bilirəm ki, onlar mətbuatı izləyirlər. Hansısa futbolçunu tərifləsəm, onda arxayınçılıq yarana bilər».
Foqst həmçinin qeyd edib ki, dünya çempionatının final mərhələsində milli komandamızın «Avro-1012»nin seçmə qrupunda rəqibi olan Almaniyanın oyunlarını izləyəcək.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın