Noyabrın 18-də “Kəpəz” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının (MŞ) iclası keçirilib.
Qol.az-ın klubun saytıba istinadən yaydığı məlumata görə, tədbirdə MŞ-nın sədri Elmir Vəliyev, üzvlər Müzəffər Qasımov, Sərxan Babayev, İbrahim Cəfərov, Yusib Yusibov, Müşfiq Cəfərov və AFFA tərəfindən kluba təyin olunan yeni nümayəndə İslam Abbasov iştirak edib.
Müzakirələrin nəticəsində İslam Abbasov şuraya üzv, eyni zamanda sədr müavini təyin olunub. Tədbirdə həmçinin, Elnur Camalxanov yeni icraçı direktor kimi MŞ-nın üzvlərinə təqdim olunub.
Tədbirdə həmçinin, “Səbail”ə məğlubiyyətdən sonra klub rəhbərliyinə istefa ərizəsini təqdim edən Şahin Diniyevin fəaliyyəti də müzakirə olunub. Komandanın əvvəlki uğurlarına görə məşqçiyə təşəkkürünü bildirən Müşahidə Şurasının üzvləri yekdilliklə istefanı qəbul ediblər.
Komandanın yeni baş məşqçiyə tapşırılması üçün iki gün ərzində məsləhətləşmələr aparılacağı və bu haqda qərarın noyabrın 20-də veriləcəyi nəzərə çatdırılıb.
Klopp üzr istədi
Yurgen Kloppu Arne Slot əvəzləyə bilər
"Ola bilər ki, həvəssizlik olsun" - Qurban Qurbanov
"Qarabağ" - "Neftçi" oyunundakı 5 qol - Video
Azərbaycan kubokunda finalçılar müəyyənləşdi
"Qəbələ"də 300-cü oyun
"Təəssüf ki, vəziyyətimiz çox üzücüdür" - Kaxaber Sxadadze
"Zirə"ni finala yüksəldən qələbə - Video
"Qarabağ" - "Neftçi": Heyətlər
Jiru ABŞ klubu ilə müqavilə imzaladı
“Qarabağ”ın direktorundan Zubirlə bağlı xəbərlərə münasibət
Region Liqasının final oyununun yeri və saatı bilindi
Haaland növbəti oyunu buraxacaq
"Çelsi" tarixinin antirekordu
“Qəbələ” - “Zirə”: Heyətlər
Şirkətlər Liqasında növbəti tur başa çatdı
Zubir Liqa 1 klubunun hədəfində
Kapitan 15 il sonra komandadan ayrılır
Bəlkə, "Bayer 04" adını dəyişib "Bayer 90+" qoysun...
"Sabah"ın oyununa bilet al, "İphone-15" qazan!