"Qarabağ" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi

XƏBƏR 14 Aprel 2010 / 11:24 2126
-  A +

Unibank Premyer Liqasının 29-cu turunun "Qarabağ" - "Qəbələ" matçının vaxtı dəyişdirilib. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, buna səbəb sözgedən görüşün canlı yayımlanması olub. Məhz bu üzdən hər iki klub PFL-ə ünvanladığı məktubda oyunun bir gün sonra keçirilməsinə etiraz etmədiklərini bildiriblər. Nəticədə PFL prezidenti Ramin Musayev "Qarabağ" - "Qəbələ" oyununun 23 aprel 2010-cu il tarixindən 24 aprel 2010-cu il tarixinə keçirilməsi haqda qərar imzalayıb.


Son xəbərlər