“Qarabağ”la matç mövsümün ən vacib oyunu olacaq” – Konte

“Qarabağ”la matç mövsümün ən vacib oyunu olacaq” – Konte
ÖLKƏ FUTBOLU 19 Noyabr 2017 / 10:18 4675
-  A +

“Qarabağ”la matç indiki mərhələ üçün mövsümün ən vacib oyunu olacaq. Çünki qələbə qazanacağımız halda biz Çempionlar Liqasında 1/8 finala çıxacağıq”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Çelsi”nin baş məşqçisi Antinio Konte İngiltərə Premyer Liqasında “Vest Bromviç”lə dünən görüşdən (4:0) sonra keçirilən mətbuat konfransında deyib.

O, Bakıya uzun səfərin komandasına yaradacağı çətinlikdən də danışıb: “İndi bizim başqa problemimiz var. “Qarabağ”la oyundan sonra biz 5-6 saat yol qət edəcəyik və dördüncü günü səhər Londonda olacağıq. Şənbə günü isə “Liverpul”la qarşılaşacağıq. Mən bunu normal hesab etmirəm”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı