"Çelsi"dən darmadağın

"Çelsi"dən darmadağın
XƏBƏR 18 Noyabr 2017 / 20:55 3255
-  A +

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, komanda 12-ci turda səfərdə "Vest Bromviç"lə qarşılaşıb. Matç London klubunun 4:0 qələbəsi ilə başa çatıb.

"Vest Bromviç" - "Çelsi" - 0:4
Qollar:
Alvaro Morata, 17, Eden Hazard, 23, Markos Alonso, 38, Eden Hazard, 62

Qeyd edək ki , bu qələbə ilə xalını 25-ə yüksəldən Antonio Kontenin komandası 2-ci pillədə qərarlaşıb.

Əlavə edək ki, "Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda noyabrın 22-i "Qarabağ"ın qonağ olacaüq.

Daha çox


Son xəbərlər