Vaqif Cavadovun komandası uduzdu

XƏBƏR 14 Aprel 2010 / 10:59 1670
-  A +

Hollandiya çempionatında 32-ci tura start verilib. Qol.Az-ın məlumatına görə, həmyerlimiz Vaqif Cavadovun heyətində yer aldığı “Tvente” klubu ötən ilki çempion “Alkmaar”ın qonağı olub.
Həmyerlimizin oynamadığı qarşılaşmadan Enshede təmsilçisi məğlub ayrılıb. Meydan sahiblərinin 8-ci dəqiqədə vurduqları yeganə qol matçın taleyini həll edib – 1:0.
Məğlubiyyətə baxmayaraq, “Tvente” 80 xalla birinci pillədədi.


Son xəbərlər