“Çelsi” imtina etdi, “Qarabağ satışa çıxardı

“Çelsi” imtina etdi, “Qarabağ satışa çıxardı
XƏBƏR 18 Noyabr 2017 / 13:37 8308
-  A +

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin “Çelsi” ilə ev oyunu üçün satışa çıxarılan biletlərin bitdiyi barədə xəbər vermişdik.

Qol.az-ın Ağdam klubunun saytına istinadən yaydığı xəbərə görə, “Çelsi” onlara ayrılmış biletlərin bir hissəsindən imtina edib.

“Qarabağ” isə oyuna olan böyük marağı nəzərə alaraq həmin biletləri (308 və 309-cu sektorlar) bu gündən etibarən satışa çıxarıb. Təxminən 1000 bilet artıq satışdadır, satış məntəqələrinə yaxınlaşaraq biletlərinizi əldə edə bilərsiniz.

 

Satış məntəqələri:

“Gənclik mall” və “28 mall”
“Park Bulvar” (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)
 

Daha çox


Son xəbərlər