Konte imicini dəyişdi - Şəkil

Konte imicini dəyişdi - Şəkil
GÜNDƏM 18 Noyabr 2017 / 12:09 4378
-  A +

"Çelsi"nin baş məşqçisi Antonio Konte imicini dəyişib.

Qol.az-ın "Metro"ya istinadən yaydığı xəbərə görə, italiyalı mütəxəssis İngiltərə Premyer Liqasında "Vest Bromviç"lə oyun öncəsi mətbuat konfransına üzütüklü çıxıb.

O, həyat yoldaşının istəyi ilə saqqal buraxdığını bildirib:  "Bunu ilk dəfədir edirəm. Qarşıdakı matça baxacağıq. Görək, mənə uğur gətirəcək, ya yox. Zahiri görkəmimi yalnız xanımım belə istədiyi üçün dəyişməyə çalışacağam".

"İlk məğlubiyyətinizədək saqqal qalacaqmı?" sualına isə Konte gülərək belə cavab verib: "Bəli. Ümid edirəm ki, mövsümün sonunda mənim böyük saqqalım olacaq".

Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda noyabrın 22-i "Qarabağ"ın qonağı olacaq.


Daha çox


Son xəbərlər