“Bunun “Çelsi” ilə oyunda bizə köməyi olacaq” – Almeyda

“Bunun “Çelsi” ilə oyunda bizə köməyi olacaq” –  Almeyda
ÖLKƏ FUTBOLU 18 Noyabr 2017 / 00:10 5214
-  A +

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqasının XII turunda “Sumqayıt”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o,əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.

-“Çelsi” ilə vacib oyundan öncə önəmli qələbə qazandıq. 12-13 gün futbol oynamamışdıq. Oyun təcrübəsi baxımından problemimiz var idi. Amma biz xarakter nümayiş etdirdik və növbəti 3 xalımızı aktivimizə yazdırdıq. Oyunumuzda inkişaf var. Get-gedə artırırıq.

- "Sumqayıt”la oyunun Olimpiya Stadionuna salınması “Çelsi” ilə matça görə idi. Necə düşünürsən, bu addımın qarşıdakı vacib görüşdə həqiqətən də “Qarabağ”a xeyiri dəyə bilərmi?

- Əlbəttə, oyunun bu arenada keçirilməsinin “Çelsi” ilə matçda bizə köməyi olacaq. Meydana uyğunlaşmaq önəmli amildir. “Sumqayıt”ı da kiçiltmək istəməzdim. Hörmətə layiq komandadır. Bu gün mübarizə apardılar. Yaxşı oyun göstərdilər. Biz isə öz işimizi görüb, qələbə qazandıq.

- Son oyunlarda “Qarabağ”ın futbolçuları, xüsusən də legionerlər tez-tez qırmızı vərəqə görürlər. Bu, nə ilə bağlıdır?

- Bu haqda heç nə deyə bilmərəm.

- “Çelsi” ilə qarşıdakı oyunda “Qarabağ”dan nə gözləmək olar?

- Çalışacağıq ki, müsbət nəticə qazanaq. İşləmək lazımdır.

- Azərbaycan çempionatında Bakı Olimpiya Stadionunda ilk qolunu vurdun. Bu, tarixə düşmək baxımından sənin üçün önəm daşıyırmı?

- Bunun elə də önəmi yoxdu. Vacib olan qələbə qazanmaq idi. Bunu bacardıq, aktivimizə 3 xalı yazdırdıq. Kimin qol vurmasından çox, komandanın uğur qazanması ön planda dayanır.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər