Azərbaycanlı futbolçu qərarını verdi: “Qalatasaray”dan gedirəm”

Azərbaycanlı futbolçu qərarını verdi: “Qalatasaray”dan gedirəm”
DÜNYA FUTBOLU 13 Aprel 2010 / 18:40 3436
-  A +

“Qalatasaray”ın və Türkiyə millisinin Azərbaycan əsilli üzvü Sərvət Çətin artıq “Qalatasaray”dan gedəcəyini dəqiqləşdirib. Qol.Az-ın xəbərinə görə heç vəchlə baş məşqçi Frank Raykaardın etimadını qazana bilməyən, onunla mütəmadi problemlər yaşayan təcrübəli müdafiəçi komandadakı vəziyyətinin düzələcəyinə inanmır. Məhz bu üzdən hələ xeyli müddət əvvəl “Cim Bom”u tərk etmək eşqinə düşən futbolçu “Diyarbəkirspor”la qarşılaşmadan sonra verdiyi açıqlamada bununla bağlı qəti qərarını açıqlayıb: “Komandada 4 mərkəz müdafiəçisi var. Amma baş məşqçinin niyə Hakan Baltanı həmin mövqedə oynatmasının səbəbini heç cür anlaya bilmirəm. İstənilən halda mövsümün sonunda getmək istəyirəm. Ümid edirəm ki, uyğun şərtlər və dəvətlər olar. Onsuz da burda qaldığım müddətdə nə etsəm də, Raykaardın gözünə girə bilmirəm. Komandadakı yaxın dostlarım matç saatına qədər mənim oynayıb-oynamayacağımın qayğısını çəkir. Amma bu belə davam edə bilməz. Mütləq bu duruma son verməliyəm”.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı