«Neftçi»nin məşqçiləri Estoniyaya niyə gedib?

XƏBƏR 19 Noyabr 2008 / 16:43 4596
-  A +

«Neftçi» klubunun iki məşqçisi hollandiyalı Reekers Rob və Böyükağa Ağayev hazırda Tallində 3 komanda - Estoniya, Litva və Moldova yığmalarının iştirakı ilə keçirilən mini turniri izləyirlər. Qol.Az saytının məlumatına görə. səfərdə məqsəd paytaxt klubuna yeni dəvət olunacaq futbolçuların oyununu yaxından izləməkdir. «Neftçi» rəhbərliyi komandanın maraq dairəsində olan oyunçuların adlarını açıqlamasa da, Qol.Az-a daxil olan məlumata görə, Rob və Ağayevin bəyəndiyi oyunçu Estoniya millisinin formasını geyir. Həmin futbolçunu məşqçilər korpusuna «ağ-qaralar»ın estoniyalı yarımmüdafiəçisi Dmitri Kruqlov məsləhət bilib. Xatırladaq ki, bir müddət əvvəl Estoniya yığmasının və Moskva «Torpedo»sunun forvardı Vladimir Voskoboynikov «Neftçi»nin düşərgəsində baxışda olsa da, o vaxtkı baş məşqçi Anatoli Demyanenko onu bəyənməmişdi.

 

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı