U-16 heç-heçə etdi, baş məşqçi taktiki problemlərdən gileyləndi

XƏBƏR 13 Aprel 2010 / 18:21 1880
-  A +

16 yaşadək futbolçulardan ibarət yığmamız “Neftçi”nin 17 yaşlııardan ibarət komandası ilə qarşılaşıb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən məlumatına görə, Şağan Olimpiya Kompleksində keçirilən görüş 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Nurlan Əhmədov fərqlənib.
Oyundan sonra U-16-nın baş məşqçisi Təbriz Həsənov AFFA-nın saytına fikirlərini bildirib: “Bu oyun Gürcüstanla görüşə hazırlıq məqsədi daşıyırdı. Ona görə də rəqib qismində özümüzdən bir yaş böyüklərlə qarşılaşdıq. Hər iki hissədə fərqli heyətə şans verdim. Taktiki cəhətdən çatışmazlıqlarımız var. Gürcüstanla oyuna qədər onları aradan qaldırmağa çalışacağıq”.
“Neftçi”nin baş məşqçisi Rüfət Quliyev isə fikrini belə ifadə edib: “Oyun hazırlıq xarakteri daşıyırdı. Təlim-məşq toplanışından sonra uşaqları yoxlamaq istəyirdik. U-16-ın qarşıda 2 yoxlama oyunu olacaq. Onlara qarşıdakı oyunlarda uğurlar arzulayıram”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord