"Mənim üçün ən böyük hədiyyə..." Tərlan Əhmədov

"Mənim üçün ən böyük hədiyyə..."  Tərlan Əhmədov
GÜNDƏM 17 Noyabr 2017 / 17:53 5114
-  A +

Bu gün "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədovun 46 yaşı tamam olur.

Qol.az-ın məlumatına görə, millimizin sabiq üzvü təəssüratlarını "Neftçi TV" ilə bölüşüb:

"Bir yaş da yaşa dolduq. Çoxları deyir ki, qocalırsan, amma biz yaşa doluruq, qocalmırıq. O ki qaldı ən böyük hədiyyəyə, ayın 19-da "Qəbələ” ilə oyunda qazanacağımız 3 xal mənim üçün ən böyük hədiyyə olardı. "Neftçi”də baş məşqçi olub doğum gününü qeyd etməyi yalnız xəyal edə bilərdim. Bu da bir qismətdir. Hər halda, ilk dəfədir burada baş məşqçi kimi ad günümü qeyd edirəm. Baş məşqçi rolunda ad günü qeyd etmək daha şərəfli, daha məsuliyyətlidir. "Sumqayıt”la oyunda son illərin, bəlkə də son 5 ilin ən gözəl fanat dəstəyini gördüm. O dəstəyin, o istəyin sevinci müqabilində də komanda son dəqiqədə qol vurdu.

Fanat olmasa, futbolçu heç vaxt aqressiv oynaya, oyunundan zövq ala bilməz. Amma bizim son matçlarda qazandığımız 4 qalibiyyətin, demək olar, hamısında bizə sonadək dəstək olan fanatların böyük rolu var idi. Onlar hətta məğlub olduğumuz qarşılaşmalarda da bizə sona qədər dəstək olublar. Bu fanatların qarşısında çalışırıq bacardığımız qədər gözəl oyun nümayiş etdirərək qələbə qazanaq. Bugünkü gün komanda bunun öhdəsindən gəlməyi bacarır, buna qadirdir. "Sumqayıt” üzərində qələbədə fanatlarımızın 100 faiz böyük rolu oldu”.



Daha çox


Son xəbərlər