Vüqar Nadirov: «Komandamın oyunlarını ekran arxasından izləmək çox çətindir»

Vüqar Nadirov: «Komandamın oyunlarını ekran arxasından izləmək çox çətindir»
MÜSAHİBƏ 13 Aprel 2010 / 16:11 2814
-  A +

Qol.Az-ın suallarını zədəsi səbəbindən bir müddətdir yaşıl meydanlardan uzaq qalan «Qarabağ» klubunun hücumçusu Vüqar Nadirov cavablandırır

- Vüqar, hazırda zədən necədir?
- Artıq ayağım gipsdən çıxarılıb. Hələ ki, bərpa prosesi keçirirəm. İdman zalında məşqlərlə məşğul oluram. Topla məşq etməyimə həkimlər icazə vermir. Onlar topla məşq prosesi keçməyin hələ tez olduğunu bidirirlər.
- Hansı oyunda zədələnmişdin?
- «Bakı» ilə oyunda zədə almışdım. Lakin zədəli olduğumu bilmirdim. Demə, zədəli-zədəli meydana çıxaraq futbol oynamışam. Amma sonra bu zədə özünü göstərdi və uzun müddət ayağım gipsdə qaldı.
- Yaşıl meydanlara nə vaxt qayıdacaqsan?
- Hələ ki, müalicəm davam etdirilir. Ona görə də futbola nə vaxt qayıdacağım tam dəqiqləşməyib. Həkimlər bu müddətin bir-iki həftə çəkə biləcəyini söyləyirlər. Çalışıram ki, tez bir zamanda komandaya qatılım. Ancaq bu təkcə məndən asılı olan hal deyil. İnşallah, həkimlərin dediyi müddət ərzində yaşıl meydanlara qayıdaram.
- Yoxluğunu «Qarabağ»ın oyunlarında, aldığı nəticələrdə hiss edirsənmi?
- Onu deyə bilmərəm. Bu barədə mənim nəsə deməyim yanlış olar. Hər halda bunu siz, habelə azərkeşlərimiz daha dəqiq bilər.
- Komandanın oyununu ekran qarşısında izləmək hansı hissləri yaşadır?
- Həqiqətən də, bu çox çətin bir şeydir. «Qarabağ»ın oyununa televizorda baxanda daha artıq həyacanlanıram. Həmin an meydanda olmaq və komandana öz töhfəni vermək istəyirsən. Amma bunu bacarmırsan. Hələ nəticələr pis olduqda adam daha pis olur.
- «Neftçi» ilə keçirilən son matçı nəzərə almasaq,  «Qarabağ» ilk «altılıq»da keçirdiyi oyunlarda heç də uğurlu çıxış etmir. Komanda ardıcıl olaraq xal itkilərilə üzləşir. Sən bunun səbəbini nədə görürsən?
- Hər bir komandanın belə çıxış etməsi mümkündür. Yəni bir komandanın ardıcıl olaraq qələbələr sıralaması müşkül məsələdir. Məhz bizdə də bu hal baş verdi. Fikrimcə, bu xal itkiləri çempion olmaq şanslarımızı heç də itirməyib. Hələ ki, çempion olmaq üçün kifayət qədər böyük şanslarımız var. Bu şansdan sona qədər faydalanmağa çalaşacağıq.
- Səncə, «Neftçi» ilə qələbədən sonra komandanız zəfərləri sıralaya bilcəkmi?
- İnşallah, bu qələbələrin davamı gələcək. Komadamızın toparlanması, komanda ruhunun bərpası üçün bizə belə bir qələbə lazım idi. Sevindirici haldır ki, bunu bacardıq. Bu qələbənin əzəli rəqibimiz «Neftçi»dən alınması daha anlamlıdır. Hesab edirəm ki, bundan sonra qələbələrimizi davam etdirərək çempion olmaq yolunda inamla irəliləyəcəyik. Çalışacağıq ki, «Qarabağ»ı layiq olduğu pilləyə gətirək.
- Zədəli olduğun üçün millinin heyətindən çıxarıldın. Bu, sənə necə təsir etdi?
- Mənə təklif gəlmişdi, lakin zədə səbəbindən ağımın gipsdə olduğunu söylədim. Təbii ki, bu halda millidə olmağım qeyri-mümkün idi. Lakin çox istərdim ki, millinin heyətində olum. Çünki milli komandada oynamaq hər bir futbolçunun arzusudu. Komanda yoldaşlarımdan kənarda qalmağım üzücüdü. 
- Berti Foqts tərəfindən seleksiya məqsədilə milliyə çağırılmayan futbolçulara dəvət göndərilib. Həmin futbolçular arasında sənin də adın var...
- Burda bir problem görmürəm. Çünki zədəli olduğumçün seleksiya xarakterli toplanışa dəvət almışam. Əgər zədəli olmasaydım, birbaşa millinin heyətində olardım və hazırki toplanışda iştirak edərdim.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı