"Zlatan şirdir, döyüşçüdür" - Mourinyo

"Zlatan şirdir, döyüşçüdür" -  Mourinyo
XƏBƏR 16 Noyabr 2017 / 14:50 3465
-  A +

"Mançester Yunayted"in futbolçusu Zlatan İbrahimoviç ilin sonuna qədər meydana qayıdacaq.

Qol.az-ın "Sky Sports"a istinadən yaydığı xəbərə görə, bu barədə komandanın baş məşqçisi Joze Mourinyo açıqlama verib.

İsveçli hücumçunun fiziki cəhətdən çox güclü olduğunu xatırladan Mourinyo onun gözləniləndən tez sıraya qayıtdığını bildirib:

"Zlatan şirdir, döyüşçüdür. Bu obrazlar ona çox  yaraşır. O, ilin sonuna qədər meydana çıxmağa hazır olacaq. Belə bir zədənin bu qədər tez sağalması əladır".

Qeyd edək ki, 36 yaşlı forvard bu ilin aprel ayında dizindən zədə almışdı.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı