Qurban Qurbanov - 38 və «Qarabağ» - «Rusenborq» oyunu (VIDEO)

XƏBƏR 13 Aprel 2010 / 15:13 2233
-  A +

Bu gün Ağdamın «Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanovun 38 yaşı tamam olur. Futbolçu kimi Azərbaycan futboluna töhvələr verən Qurban Qurbanov məşqçi fəaliyyətində də çalışdığı komandalarda az uğur pay sahibi olmayıb. 2006-cı ildən məşqçiliyə başlayan Qurbanov əvvəlcə «Neftçi»ni çalışdırıb, 2008-ci ildə isə «Qarabağ»a keçib. Ağdam klubundakı qısa fəaliyyəti dövründə Qurbanov komandasına Azərbaycan kubokunu qazandırıb, avroliqada uğurlu nəticələr əldə edib. Qol.Az saytının kollektivi ad günü münasibətilə Qurban Qurbanova təbriklərini çatdırır və onun məşqçi kimi qazandığı tarixi uğuru - «Qarabağ»ın Ağdamın işğalı günü Norveçin «Rusenborq» klubu üzərindəki qələbəsinin görüntülərini oxuculara təqdim edir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı