“Azərbaycan bizə qarşı çox aqressiv idi” – Kosovo millisinin kapitanı

“Azərbaycan bizə qarşı çox aqressiv idi” –  Kosovo millisinin kapitanı
XƏBƏR 15 Noyabr 2017 / 16:43 2580
-  A +

Kosovonun 21 yaşadək futbolçulardan ibarət yığmasının kapitanı Ardian İsmayili Avropa çempionatının seçmə qrup mərhələsinin Azərbaycanla oyunundan sonra Qol.az saytına müsahibə verib. O, əvvəlcə qolsuz başaçatan oyun haqda danışıb.

- Səfərdə çıxış etməyimizə baxmayaraq, yaxşı oynadıq. İstədiyimiz kimi oynamağa çalışdıq. Bakıya qələbə qazanmaq üçün gəlmişdik. Meydanda çox çalışdıq, çox işlədik. Sadəcə qol vura bilmədik.

- Səncə, nəticə oyuna görə oldu?

- Həm biz, həm də Azərbaycan qalib gələ bilərdi. Çünki hər iki komandanın qol imkanları var idi. Rəqib son dəqiqədə qol vura bilərdi. Bizim də oyunun gedişində fərqlənmək üçün şanslarımız oldu, yararlana bilmədik. Hər halda 0:0 hesabı oyuna görə idi.

- Yəqin ki, Almaniyaya 0:7 hesablı məğlubiyyətdən sonra yığmamıza asanlıqla qalib gələcəyinizi düşünürdünüz...

- Xeyr, elə bir arxayınlaşma, elə bir düşüncə yox idi. Hamı Azərbaycanın necə komanda olduğunu bilir. Düzdü, biz buraya qələbə üçün gəlmişdik. Ancaq Azərbaycan da yaxşı oynadı. Yaxşı komanda ilə qarşılaşdığımızı bilirdik.

- Hər iki komandanın üzvləri meydanda aqressiv görünürdülər. Bu, nə ilə bağlı idi?

- Daha çox rəqib aqressiv oynadı. Son saniyədə qırmızı vərəqə alan İlkin Sadiqov daha aqressiv və kobud idi. Ancaq bunu normal qarşılayıram. Çünki o da komandası üçün çalışırdı və istəyirdi ki, qol vurub, milliyə qələbə qazandırsın

- Kosovada keçiriləcək görüş haqda nə düşünürsən?

- Bizim üçün çox vacib oyun olacaq. Azərbaycana qalib gələrək turnir cədvəlində yüksəlmək istəyirik. Növbəti mərhələyə yüksəlmək baxımından da bizə qələbə lazımdı.

- 2016-cı ildən “Hayduk”da çıxış edirsən. Maraqlıdı, Ruslan Qurbanovu tanıyırsan?

- Xeyr, onun haqda məlumatım yoxdu. Yəqin ki, “Hayduk”da məndən əvvəl oynayıb.

Elnur SALAHOV


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki