Daha bir millidə baş məşqçi istefası

Daha bir millidə baş məşqçi istefası
XƏBƏR 15 Noyabr 2017 / 16:01 3385
-  A +

Fil Dişi Sahili millisinin baş məşqçisi Mark Vilmots vəzifəsindən ayrılıb.

Qol.az-ın xəbərinə görə, bu barədə belçikalı mütəxəssis şəxsi Tvitter səhifəsində məlumat yayıb. O, federasiya ilə qarşılıqlı razılıq əsasında müqaviləsinə xitam verdiklərini bildirib.

Fil Dişi Sahili yığması DÇ-2018-in seçmə mərhələsində son oyunda Mərakeşə uduzaraq (0:2) mundialdan kənarda qalıb.

Qeyd edək ki, 48 yaşlı mütəxəssis bu ilin mart ayından milli komandanı çalışdırırdı.


Son xəbərlər