"Yanvarda "Zirə"dən ayrılacam" - millimizin mətbuat katibi

"Yanvarda "Zirə"dən ayrılacam" -  millimizin mətbuat katibi
XƏBƏR 15 Noyabr 2017 / 15:20 2303
-  A +

“AFFA-dan 2 gün öncə təklif gəldi. Mən də klub rəhbərliyi ilə danışdım. Onlar da sağ olsunlar, razılıq verdilər. Daha sonra AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdüm. Razılaşdıq, təyinat təsdiqləndi”.

Bu sözləri Qol.az-a açıqlamasında milli komandanın mətbuat xidmətinə rəhbər təyin olunan Elman Himayətoğlu deyib. “Zirə”də də eyni funksiyanı yerinə yetirən jurnalist təəssüratlarını bölüşüb:

“Maraqlı təklifdir, eyni zamanda, böyük etimaddır. Rəhbərliklə danışdım, onlar da dedilər ki, yaxşıdır, gedə bilərsən”.

Himayətoğlu yanvarda “Zirə”dəki vəzifəsindən ayrılacağını bildirib: “Təbii ki, iki işi eyni vaxtda görməyəcəm. Yanvarın 1-dən milli komandada işləyəcəm. Yəqin ki, o vaxta qədər “Zirə”yə də təyinat olar”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın