“20-30 manatlıq xərci var idi”- Aqil Nəbiyev

“20-30 manatlıq xərci var idi”-  Aqil Nəbiyev
GÜNDƏM 15 Noyabr 2017 / 14:40 4627
-  A +

“Orada heç nə olmayıb. Sadəcə, şüşə sınıq idi. Arxaya dönəndə əlim dəydi, düşdü yerə. Heç nə sınmayıb”.

Bu sözləri Qol.az saytına açıqlamasında “Şüvəlan”ın baş məşqçisi Aqil Nəbiyev deyib.

AFFA İntizam Komitəsi birinci divizionun 8-ci turunun “Mil-Muğan”la matçında Nəbiyevin stadionun plastik şitini sındırmasını əsas gətirərək, dəymiş ziyana görə meydan sahiblərinin təqdim edəcəyi hesabın qonaqlar tərəfindən ödəniləcəyini açıqlayıb. Məsələylə bağlı danışan Nəbiyev İK-in qərarına münasibət bildirib:

“Oyundan sonra onların rəhbərliyi ilə danışdıq. Dedilər ki, heç bir problem yoxdur. Yəqin ki, hakimlər belə yazıblar. Orada ciddi bir şey olmayıb. Əsəbi deyildim. Hələ birinci hissə gedirdi. Hesab da 0:0 idi. Hətta köməkçim Əli Abışov onlara yaxınlaşıb soruşdu ki, nə lazımdırsa, haqq-hesab edək. 20-30 manatlıq xərci var idi. Onlar da dedilər ki, ayıb deyilmi. Hakimlər niyə belə yazıblar, bilmirəm. Biri var nəyisə vurub sındırasan, biri də var ki, sınıq şey yerə düşüb”.

Qeyd edək ki, “Mil-Muğan” – “Şüvəlan” oyunu 3:0 hesabı ilə meydan sahiblərinin xeyirinə başa çatıb.

Daha çox


Son xəbərlər