Tərlan Əhmədov Elnur Cəfərovu cəzalandırdı

Tərlan Əhmədov Elnur Cəfərovu cəzalandırdı
GÜNDƏM 15 Noyabr 2017 / 13:27 4620
-  A +

"Neftçi” PFK-nın futbolçusu Elnur Cəfərov baş məşqçi Tərlan Əhmədovun təqdimatına əsasən əvəzedici komandaya göndərilib.

Qol.az-ın xəbərinə görə, bu haqda klubun saytı məlumat yayıb.

Rəsmi məlumatda daha sonra deyilib: "Futbolçu həmçinin klubun qaydalarına uyğun olaraq cərimə olunub. Buna səbəb Elnur Cəfərovun U-21 milli komandasının heyətindəki çıxışı və sosial şəbəkələrdəki hərəkəti ilə milli komandanın və klubun ictimai nüfuzuna xələl gətirməsidir".

Qeyd edək ki, E.Cəfərov U-21 millisi Almaniyaya 0:7 hesabı ilə uduzduqları oyundan sonra İnstagram səhifəsində bahalı maşını ilə şəklini paylaşıb. Bundan başqa, o azarkeşlərdən biri sosial şəbəkədəki söhbəti zamanı qarşı tərəfin ünvanına təhqiramiz ifadələr işlədib.

Daha çox


Son xəbərlər