Dino yenə ehtiyatda qaldı, komandası uduzdu - DÇ-2018

Dino yenə ehtiyatda qaldı, komandası uduzdu - DÇ-2018
GÜNDƏM 15 Noyabr 2017 / 10:52 3087
-  A +

Afrika zonası üzrə DÇ-2018-in seçmə mərhələsində sonuncu  turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, "Qarabağ"ın hücumçusu Dino Ndlovunun çıxış etdiyi Cənubi Afrika Respublikası millisi səfərdə Seneqalla qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Seneqal -  CAR - 2:1
Qollar:
Nquette, 56 (1:0), Tau, 65 (1:1), Mbodji, 90 (2:1)

D.Ndlovu Seneqalla ilk görüşdə olduğu kimi cavab matçını da ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, CAR millisi Seneqal, Burkino Faso və Kape Verdenin yer aldığı D qrupunu 4 xalla sonuncu pillədə başa vurub.

Daha çox


Son xəbərlər