Levandovski 1-ci, Ronaldo 2-ci oldu

Levandovski 1-ci, Ronaldo 2-ci oldu
XƏBƏR 15 Noyabr 2017 / 10:30 3342
-  A +

DÇ-2018-in seçmə və pley-off mərhələsinin ən yaxşı bombardirlərinin və asisstentlərinin siyahısı müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, ən yaxşı bombardirlər siyahısında ilk pillədə Polşa millisinin hücumçusu Robert Levandovski yer alıb. O, 16 qol vurub. Kriştiano Ronaldo (Portuqaliya) 15 qolla ikinci, Kristian Eriksen (Danimarka) və Romelu Lukaku (Belçika) hərəyə 11 qolla növbəti pillələrdə qərarlaşıblar.

Turnirin ən yaxşı assistenti Almaniya millisinin yarımmüdafiəçisi Coşua Kimmix olub.O, 9 qol ötürməsi verib. Dris Mertens (Belçika), Duşan Tadiç (Serbiya), Miralem Pyaniç (Bosniya və Herseqovina), Tomas Müller (Almaniya) və Tom Menyedi (Belçika) hərəyə 7 qol ötürməsi ilə növbəti pillələrdə yer alıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın