Advokat Hollandiya millisindən getdi

Advokat Hollandiya millisindən getdi
GÜNDƏM 15 Noyabr 2017 / 09:45 1549
-  A +

Hollandiya millisinin baş məşqçisi Dik Advokat vəzifəsindən ayrıldığını təsdiqləyib.

Qol.az-ın Hollandiya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, bu barədə o, Rumıniya ilə yoxlama oyunundan (3:0) sonra deyib. 70 yaşlı mütəxəssis dekabrın 1-i başa çatacaq müqaviləni uzatmadığını bildirib.

Xatırladaq ki, Advokat bu ilin yazında milliyə baş məşqçi təyin olunmuşdu. Onun komandası DÇ-2018-ə vəsiqə qazana bilməyib.

 

Daha çox


Son xəbərlər