İtaliya millisində qalmaqal - Video

İtaliya millisində qalmaqal - Video
XƏBƏR 14 Noyabr 2017 / 15:09 5499
-  A +

DÇ-2018-in pley-off mərhələsində keçirilən İtaliya - İsveç oyununda qalmaqal yaşanıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, hadisə meydan sahiblərinin futbolçusu Daniele de Rossi ilə baş məşqçi Campyero Ventura arasında baş verib. C.Ventura oyuna ehtiyat oyunçular skamyasında başlayan de Rossini isinmə hərəkətləri etməyə göndərmək istəyib. Ancaq 34 yaşlı yarımmüdafiəçi onun bu seçiminə etiraz edib.

Oyundan sonra de Rossi hadisə ilə bağlı bunları bildirib: "Matç 0:0 idi və heç-heçəyə oynamırdıq. Mənim əvəzimə hücumçulardan İnsinye və ya El Şaaravinin meydana daxil olmasını istədim".



Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı