"Atletiko" Özili pulsuz almaq istəyir

"Atletiko" Özili pulsuz almaq istəyir
XƏBƏR 14 Noyabr 2017 / 14:33 3687
-  A +

"Arsenal"ın futbolçusu Məsut Özil yenidən La Liqaya qayıda bilər.

Qol.az-ın "The Sun"a istinadən yaydığı xəbərə görə, Madrid klubu 29 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. “Atletiko” gələn yay türkəsilli alman oyunçu ilə azad agent kimi müqavilə imzalamaq istəyir.

Qeyd edək ki, M.Özil bu mövsüm 9 matçda 1 qol vurub, 2 qolun ötürməsii verib. O, bundan əvvəl "Real"da çıxış edib.

Xatırladaq ki, "Atletiko" "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən biridir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı