Buffon millini ağlayaraq tərk etdi - Video

Buffon millini ağlayaraq tərk etdi - Video
GÜNDƏM 14 Noyabr 2017 / 10:11 5357
-  A +

"Yuventus"un qapıçısı Canluici Buffon İtaliya millisindəki karyerasını başa vurub.

Qol.az-ın "Football İtalia"ya istinadən yaydığı xəbərə görə, bu barədə 39 yaşlı qolkiper DÇ-2018-in pley-off mərhələsində İsveçlə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

Göz yaşlarına hakim ola bilməyən C.Buffon bildirib: "Əlbəttə, İtaliya futbolunun gələcəyi var. Bizdə qətiyyət və bacarıq var. Həmişə yenidən ayağa qalxmağın yolunu tapa bilirik. Mən millini tərk edirəm və yerimi gənclərə buraxıram. Hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, C.Buffon 1997-ci ildən əsas millidə çıxış edib. O, indiyə kimi 175 oyunda qapını qoruyub.

Əlavə edək ki, İtaliya dünən İsveçlə matçlardakı heç-heçədən (ilk oyunda 0:1) sonra DÇ-2018-in final mərhələsinə qatıla bilməyib.

Daha çox


Son xəbərlər