Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Çelsi"nin sabiq üzvü "Keşlə"yə keçir

Yazarlar
 Fatih Terimlə qanqaraldıcı görüş
Aydın BAĞIROV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
 Bakıdan... Tuluzayacan
Şakir YAQUBOV
Fotoreportaj
Bütün 
"Qarabağ"ın yoxlama oyunundan Şəkillər
Top 5
“Neftçi”dən biabırçı məğlubiyyət - 1:8
Azərbaycan Albaniyaya uduzdu
"Siz buna görə mənə pul ödəməlisiniz" – Dani Kintana
“Real” “Deportivo”ya master-klass keçdi – 7 qol vurdu
"Neymar böyük futbolçudur, amma..." – Zidan
Linklər
525ci Qəzet

“Qarabağ”dan çəkinmirik” – Fərhad Vəliyev
A A A

[13.11.2017]
“Qarabağ”dan çəkinmirik” – <b style="color:red"> Fərhad Vəliyev</b>

“Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev Qol.az saytının suallarını cavablandırıb. Topaz Premyer Liqasının 12-ci turunda “Qarabağ”la keçiriləcək oyun ərəfəsində fikirlərini açıqlayan 37 yaşlı qolkiper son qarşılaşmalarda yol verdiyi kobud səhvlərdən də danışıb.

- “Qarabağ”la oyun öncəsi çempionatda yaranmış fasilədən necə yararlanırsınız?

- Fasilədə bir neçə oyunçumuz millinin düşərgəsinə yolllandı. Buna baxmayaraq, digər oyunlara olduğu kimi, “Qarabağ”la matça da komanda şəklində hazırlaşırıq. Çünki “Qarabağ” çempionatın ən güclü komandasıdı. Həmişə onlarla oyunlarımız ağır keçib. Səfərdən ən azı bir xalla dönüb azarkeşlərimizi sevindirmək istəyirik.

- Birinci dövrədəki oyunda “Qarabağ”a 1:4 hesabı  ilə uduzmuşdunuz. Həmin məğlubiyyətdən hansısa nəticəni çıxarmısınız, yoxsa 4:1 hesabı “Qarabağ”la “Sumqayıt”ın səviyyə fərqinin göstəricisidi?

-  Həmin oyunda komandamız pis təsir bağışlamamışdı. Hətta ilk hissədə 1:0 hesabı ilə öndə idik. İkinci hissədə isə bəzi səhvlərimizdən yararlanıb 4:1 önə keçdilər. Yadınızdadırsa, Cavid İmamverdiyev də zədələnmişdi. Buna baxmayaraq, komanda şəklində yaxşı oynamışdıq. Komandada heç kim “Qarabağ”dan çəkinmir. Təcrübəli futbolçu olaraq, onları başa salırıq ki, öz oyunlarını oynasınlar. Hər şey yaxşıya doğru gedəcək.

- “Qarabağ”la “Sumqayıt”ın duelləri həmişə maraqlı alınır. Çünki hər iki komanda sürətli oyuna üstünlük verir. Bu dəfə də baxımlı oyun görə biləcəyik, yoxsa birinci dövrədəki məğlubiyyətə görə bir qədər ehtiyatlı oynayacaqsınız?

- Son iki mövsümdə “Qarabağ”la görüşlərdə oyunu müdafiədən qururuq. Əks-hücumlara üstünlük veririk. Çünki “Qarabağ” topa çox sahib olmağı sevir. Bu dəfə də çalışacağıq ki, müdafiədə rəqibə boşluqlar verməyək. Ən azından qapımızı toxunulmaz saxlamağa çalışacağıq.

- Əvvəlki illərdən fərqli, “Sumqayıt” bu mövsüm həm oyun, həm də turnir cədvəlindəki mövqeyi baxımından daha yaxşı yerdədir. Ancaq adətən bu tip klublarda konkret strategiya olmur ki, müvafiq yer tutub avrokuboklarda iştirak etsin. Hazırkı gedişat komandada o istəyi yaradırmı ki, bəlkə biz də beynəlxalq arenada özümüzü sınayaq?

- Oyunçularla aramızda söhbət edəndə danışırıq ki, komandanın gücü var. Bu il yaxşı yerlərdən birini tutmaq olar. Reallıqdan danışsaq, 1-ci nyer bizim üçün çətin görünür. Çünki “Qarabağ”, “Qəbələ”, “Zirə” kimi klublar var. Ən real namizəd isə “Qarabağ”dır. Çox yaxşı heyəti var. Amma 2-ci, 3-cü yerlər uğrunda digər komandalarla başabaş mübarizə apara bilərik. Oyunlar da bunu göstərir. Belə davam eləsək, avrokuboklara vəsiqə qazana bilərik.

- Baş məşqçi Samir Abasov da tez-tez hiss elətdirir ki, müəyyən hədəfə çatmaq üçün legioner istəyir. Sən necə düşünürsən, komandanı gücləndirmək üçün əcnəbi futbolçulara ehtiyac varmı?

- Mən əvvəlcə klubumuzun rəhbərliyinin bu addımını dəstəkləyirəm ki, yerli futbolçuların oynamağına şərait yaradırlar. Çox düzgün strategiyadı. Sumqayıtda gənc futbolçuların yetişməsi üçün yaxşı imkandı. “Sumqayıt”ın əsas komandasına hər bir gəncin yolu açıqdı. Bütün strategiya bunun üzərində qurulub. Bu, həm Azərbaycan, həm də Sumqayıt futboluna xeyirdi.

- Ardıcıl 2 oyundur ki, kobud səhvlərə yol verirsən. Elə baş məşqçi də oyunsonrası mətbuat konfransında bu məsələyə toxunmuşdu. Bəlkə problem yaşının çox olması ilə bağlıdır?

- Mən belə düşünmürəm. Hələ ki, gücüm var. Oynamaq fikrindəyəm. Hər bir futbolçunun, qapıçının səhvi olur. Əsas odur ki, nəticə çıxardıb, bir də təkrarlamayasan. Dünya futbolunda da, elə yerli çempionatımızda da səhvlər olur. Bunun üstündə çox da dayanmaq düzgün deyil. Səhvi unudub, qabağa baxmaq lazımdı. Çünki səhvdən heç kim sığortalanmayıb. “Neftçi” ilə oyunda səhvim var idi. Belə olmağını istəməzdim. Amma bu cür alındı.

2503 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
23.01.2018  15:35 "Bizim futbolçular 3 aya "Slaviya"dan "Barselona"ya gedəsi deyil"
23.01.2018  13:41 “Qarabağ”dan ayrılmaq fikrim yoxdur” – Qurban Qurbanov
23.01.2018  11:29 “Səbail”in Antalyada ilk sınağı - Yenilənir
23.01.2018  10:46 "Bu oyun bizim üçün həyəcan təbili idi" - Tərlan Əhmədov
23.01.2018  10:01 U-21 millimiz Gürcüstana qarşı - Yenilənir
23.01.2018  09:44 "Neftçi" bizdən bunu gözləmirdi" - Rinat Bilyaletdinov
22.01.2018  19:22 “Neftçi”dən biabırçı məğlubiyyət - 1:8
22.01.2018  16:32 Dünya kuboku Bakıya gətirilir
22.01.2018  13:48 Millimizin Kosovo ilə oyununun vaxtı açıqlandı
22.01.2018  12:50 “Görünür, “Qarabağ” Ndlovudan da güclü hücumçu alacaq”
21.01.2018  20:48 Azərbaycan Albaniyaya uduzdu
21.01.2018  15:12 "Siz buna görə mənə pul ödəməlisiniz" – Dani Kintana
20.01.2018  21:26 "Oyundan razı qaldım" - Qurban Qurbanov
20.01.2018  20:20 “Qarabağ” "Lexiya" ilə bərabərə qaldı
20.01.2018  11:12 "Həmişə qəlbimdə qalacaqsınız" - Dino Ndlovu
20.01.2018  10:15 "Azərbaycan milisindəki bəzi oyunçuları "Qarabağ"dan tanıyıram"
19.01.2018  19:10 “Maksimov zarafatcıl adamdır” – Orxan Sadıqlı
19.01.2018  18:25 "Yeni futbolçular birbaşa müqaviləyə gələcəklər" - Ayxan Abbasov
19.01.2018  18:03 "Yaxşı olardı ki, çempionatda qalib gələk" - Yuri Maksimov
19.01.2018  17:49 "Mənim nə intizamsız hərəkətim olub?" - Kamran Ağayev
 
 
  23.01.18
15:35
  "Bizim futbolçular 3 aya "Slaviya"dan "Barselona"ya gedəsi deyil"
15:19
  UEFA PSJ ilə bağlı qərarını verdi
14:45
  AFFA rəsmisi UEFA seminarında
14:39
  "Çelsi"nin sabiq üzvü "Keşlə"yə keçir
14:02
  Neymar azarkeşlərdən inciyib
13:41
  “Qarabağ”dan ayrılmaq fikrim yoxdur” – Qurban Qurbanov
13:34
  "Keçən ilki "partlayış"ı təkrarlaya bilərəm" - Nazarov
13:23
  Dünyanın ən çox gəlir əldə edən klubları - siyahı
12:57
  Millimiz "Şaxtyor"la qarşılaşa bilər
12:21
  Günün canlı oyunları - Etopaz-da
12:00
  “Birinci divizion gözlədiyimdən də maraqlıdır” - Arif Əsədov
11:50
  Millimiz İrana qarşı
11:36
  "Barselona"nın futbolçusu rəsmən "İnter"də
11:29
  “Səbail”in Antalyada ilk sınağı - Yenilənir
11:11
  Neymar ən yaxşı oyunçu seçildi
10:46
  "Bu oyun bizim üçün həyəcan təbili idi" - Tərlan Əhmədov
10:30
  “Yağış oyuna təsir etdi” - "SKA-Xabarovsk"ın futbolçusu
10:15
  "Neftçi"nin biabırçı məğlubiyyəti - Video
10:01
  U-21 millimiz Gürcüstana qarşı - Yenilənir
09:44
  "Neftçi" bizdən bunu gözləmirdi" - Rinat Bilyaletdinov
02:40
  “Liverpul” autsayderə uduzdu - Video
01:45
  “Yuventus” 3 xalı tək qolla qazandı - Video
01:24
  PSJ Diarra ilə güclənir
00:52
  “Yuventus”dan 15 milyon avro tələb edildi
00:33
  "Sumqayıt" fitness zalında - Video
00:19
  “Qəbələ” günü 2 məşqlə başa vurdu
00:00
  “Qalatasaray” səfərdən qələbə ilə qayıtdı
  22.01.18
23:00
  "Mançester Siti"də yeni müqavilə
22:20
  Sançes "Mançester Yunayted"də, Mxitaryan "Arsenal"da - rəsmi
22:09
  İngiltərədə 2017-ci ilin ən yaxşı futbolçusu müəyyənləşdi
21:06
  DÇ-2018-də videotəkrar - qərar verildi
20:33
  "Qarabağ"ın Antalyada növbəti məşqi - Şəkillər
20:00
  Bundesliqa klubunda yeni baş məşqçi
19:22
  “Neftçi”dən biabırçı məğlubiyyət - 1:8
19:12
  "Neftçi"nin düşərgəsində yeni futbolçular
18:38
  "Barselona"nın müdafiəçisi 2 həftə oynamayacaq
18:15
  Millimiz Antalyada ilk məşqə çıxdı - Şəkillər
17:57
  "Qarabağ" və "Qəbələ" rəsmiləri "Fənərbaxça"nın bazasında - Şəkil
17:46
  "Zirə" Antalyada ilk məşqə çıxdı
17:20
  "Kəpəz" - "Viitorul" - Video
17:06
  Fatih Terimlə qanqaraldıcı görüş
17:00
  "Səbail"də növbəti ayrılıq
16:32
  Dünya kuboku Bakıya gətirilir
16:04
  Qazaxıstan millisinin baş məşqçisi istefa verdi
15:45
  "Yunis Hüseynova görə çox dərinə getmədim" - Saşa Yunisoğlu
15:27
  "Kəpəz"in Antalyada ilk sınağı - Şəkillər
15:03
  Robinyo Türkiyə klubunda - rəsmi
14:46
  "Kəpəz" Hacının komandası ilə heç-heçə etdi
14:25
  "Sumqayıt" Antalya toplanışına start verdi
14:19
  "Qəbələ"nin zədəlisi qayıtdı
14:05
  Günün canlı oyunları - Etopaz-da
13:48
  Millimizin Kosovo ilə oyununun vaxtı açıqlandı
13:33
  "Keşlə" bu gecə gedir
13:22
  Suares bu göstəricidə Messini qabaqladı
12:55
  “Atam bəzən axmaq-axmaq danışır” – Eden Hazard
BÜTÜN XƏBƏRLƏR
© 2008-2017 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore