Torres İngiltərəyə qayıda bilər

Torres İngiltərəyə qayıda bilər
XƏBƏR 13 Noyabr 2017 / 15:30 1194
-  A +

“Atletiko”nun futbolçusu Fernando Torres yenidən İngitlərə Premyer Liqasında çıxış edə bilər.

Qol.az-ın “Mirror”a istinadən yaydığı xəbərə görə, ispaniyalı hücumçu ilə “Nyukasl” və “Sauthempton” yaxından maraqlanır.

Torresin də İngiltərəyə qayıtmaq imkanlarını nəzərdən keçirdiyi bildirilir. Bu mövsüm Madrid klubunun heyətində yalnız iki oyunda start heyətdə meydana çıxan 33 yaşlı futbolçu Premyer Liqaya qayıtmağın əleyhinə deyil.

Qeyd edək ki, Torres əvvəllər İngiltərənin “Liverpul” və “Çelsi” klublarında çıxış edib. O, iki komandada ümumilikdə 212 oyuna 85 qol vurub.

Daha çox


Son xəbərlər