Misir Əbilovun komandasında futbol qaydalarına “veto” qoyulub?

Misir Əbilovun komandasında futbol qaydalarına “veto” qoyulub?
XƏBƏR 13 Aprel 2010 / 12:50 1709
-  A +

İntizam Komitəsinin bu gün keçirilən iclasında birinci divizion komandaları arasında keçirilən ölkə çempionatının XVII turunda baş verən olaylara da hüquqi qiymət verilib. Qol.Az-ın PFL-n rəsmi internet saytına istinadən məlumatına görə, “MKT-Araz” – “ABN Bərdə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Matçın 65-ci dəqiqəsində “MKT-Araz”ın futbolçusu  Mikayıl Rəhimov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 84-cü dəqiqəsində “MKT-Araz”ın futbolçuları Çərkəz Həsənovla Anar Hacıyev bir-birini vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər ikisi 2 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub.

“Neftçi İSM” – “Anşad Petrol” matçında yanğınsöndürmə maşını olmadığı üçün meydan sahibləri 100 manat cərimə olunub.

“Bakılı” – “Gəncə” matçında isə daha maraqlı məqamlar olub. Bu görüşdə top verən uşaqlar və xərək daşıyanlar olmadığı üçün meydan sahibləri 100 manat cərimə olunub. Bundan əlavə Misir Əbilovun komandası oyundan bir gün əvvəl matçın keçiriləcəyi futbol meydançasını qonaq komandanın ixtiyarına vermədiyi üçün “Bakılı”ya daha 300 manat cərimə kəsilib. Maraqlıdı ki, bu klub demək olar hər turdan sonra İK tərəfindən analoji cəzalara layiq görülür.

 


Son xəbərlər