"Çelsi"nin 120 milyonluq transfer planı

"Çelsi"nin 120 milyonluq transfer planı
XƏBƏR 13 Noyabr 2017 / 14:10 5158
-  A +

"Çelsi" qışda hücum xəttini gücləndirməyi planlaşdırır.

Qol.az-ın “The Sun”a istinadən yaydığı xəbərə görə,  "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi olan London təmsilçisi "İnter"in hücumçusu Mauro İkardini transfer etmək istəyir.

“Zadəganlar"ın bu keçid üçün 120 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, 24 yaşlı argentinalı futbolçu 2013-cü ildən "İnter"də çıxış edir. İkardi bu mövsüm A Seriyasında keçirdiyi 12 oyunda 11 qol vurub. Onun xidmətində “Arsenal” və “Bavariya” da maraqlıdır.

Son xəbərlər