Nazarovdan növbəti qol

Nazarovdan növbəti qol
XƏBƏR 13 Noyabr 2017 / 12:42 3272
-  A +

Millimizin üzvü Dmitri Nazrovun çıxış etdiyi “Erzgebirge” yoxlama oyunu keçirib.

Qol.az-ın məlumatına görə, Aue təmsilçisi Almaniyanın digər klubu “Plauen”lə qarşılaşıb.

Görüş “Erzgebirge”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan və 60-cı dəqiqədə əvəzlənən Nazarov  komandasının ilk qolunu vurub.

Qeyd edək ki, Nazarov Almaniya 2-ci Bundesliqasının 11-ci turunda rəqib futbolçusuna qarşı kobud hərəkətinə görə 3 oyunluq cəzalanıdırılıb. O, artıq iki oyun cəzasını çəkib.

Son xəbərlər