Muarem Muarem yeni klubundan göndərilir

Muarem Muarem yeni klubundan göndərilir
ÖLKƏ FUTBOLU 13 Noyabr 2017 / 12:33 6891
-  A +

“Qarabağ”ın sabiq yarımmüdafiəçisi Muarem Muarem hazırda çıxış etdiyi “Aktobe”dən göndəriləcək.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "Aktobe"nin idman direktoru Maksat Tyumaliyev bildirib ki, yeni ildən makedoniyalı futbolçu da daxil olmaqla 5 əcnəbi futbolçu ilə yollar ayrılacaq. O, buna səbəb kimi, Muaremin istənilən səviyyədə çıxış etməməsini göstərib.

Qeyd edək ki, Muarem “Aktobe”yə bu ilin yayından “Qarabağ”la müqaviləsi başa çatdıqdan sonra keçib. O, qazax klubunun heyətində 15 oyun keçirib və 1 qol vurub. Bu qol isə Qazaxıstan çempionatından oktuabrın ən yaxşı qolu seçilib.

Daha çox


Son xəbərlər