Arif Əsədov: “Qoy, gedib əvəzedici heyətdə cəzalarını çəksinlər”

Arif Əsədov: “Qoy, gedib əvəzedici heyətdə cəzalarını çəksinlər”
ÖLKƏ FUTBOLU 13 Aprel 2010 / 12:23 2377
-  A +

“Neftçi”nin baş məşqçisi Arif Əsədov əsas heyətin 3 üzvünün əvəzedici komandaya göndərilməsinə aydınlıq gətirib. “Ağ-qaralar”ın çalışdırıcısının Qol.Az-a verdiyi məlumata görə, onlar sırf son iki oyuna görə cəzalandırılıb: “Bilirsiz ki, komandamız son turda səfərdə “Qarabağ”a qarşı çox bərbad oyunu ilə diqqət çəkdi. Oyundan sonrakı mətbuat konfransında, verdiyim açıqlamalarda da heyət üzvlərindən narazı qaldığımı bildirmişdim. Bunu dünən klub rəhbərliyi ilə də müzakirə etdik və fikirlərimi rəhbərliyə də çatdırdım. Son iki məğlubiyyətdə daha çox günahı olan Vladimir Miçoviç, Nazar Bayramov və Valentin Atemin əvəzedici komandaya göndərilməsinə qərar verdik. Amma digər oyunçular da cəzasız qalmayıb. Onlar da cərimələnəcək. İstəyirik ki, bu yolla az da olsa, onlar məsuliyyətlərini dərk etsinlər. Mövsümün başa çatmasına 5 tur qalıb və ən azı avroliqaya vəsiqə qazanmaq şansımız var. Yəqin ki, bu cəzalardan sonra həmin futbolçular bir daha belə səhvlərə yol verməzlər və qarşımıza qoyduğumuz məqsədlərə çatmaq üçün əllərindən gələni edərlər”.
Arif Əsədovun sözlərinə görə, əvəzedici komandaya göndərilən oyunçuların mövsümün sonunda komandadan getməsi də istisna deyil: “Onlar qalan oyunlarda böyük ehtimalla meydana çıxmayacaq. Qoy, gedib əvəzedici heyətdə öz cəzalarını çəksinlər. Bəli, mövsümün sonunda komandadan getmələri də mümkündür. Biz “Neftçi”yə layiq futbolçuları komandada saxlayacağıq. Lazım gəlsə, gənc futbolçulara üstünlük verəcəyik. Amma onların xidmətindən yararlanmayacağıq. Eyni səhvlərin, uğursuzluqların təkrarlanmasını istəmirik”.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı