"Qarabağ"la oyunda 14 min qol imkanız oldu" - "Atletiko"nun prezidenti

"Qarabağ"la oyunda 14 min qol imkanız oldu" - "Atletiko"nun prezidenti
ÖLKƏ FUTBOLU 11 Noyabr 2017 / 21:54 6787
-  A +

"Bunu hər zaman deyirəm: Biz futbol oynayırıq.  Ancaq futbolda bir gün qalib gəlirsən, başqa gün məğlub olursan. “Roma” ilə oyunda biz 4 dəfə real qol şansını əldən verdik. “Qarabağ”la qarşılaşmada isə 14 min qol imkanız oldu, amma lazımınca istifadə edə bilmədik. Bu, təkcə “Atletiko”nun deyil, bir çox elit klubların problemidir. Bizim fantastik komandamız, gözəl baş məşqçimiz və böyük hədəflərimiz var. Bu,  mənim üçün kifayətdir".

Qol.az-ın məlumatına görə, bu sözləri "Atletiko"nun prezidenti Enrike Sereso "Marca"ya müsahibəsində deyib.
 
O, Çempionlar Liqasında möcüzəyə inanıb-inanmadığı ilə bağlı sualı ilə belə cavablandırıb:  "Bu, asan deyil, lakin möcüzə edə biləcək bir komanda varsa, o da məhz “Atletiko”dur. Əgər siz bir şeyi çox gözləyirsinizsə, bu, mütləq baş verəcək. Məqsədimiz qalan iki oyunumuzda qələbə qazanmaqdır. “Qarabağ”ın da “Roma” və ya “Çelsi”yə qarşı uğurlu olmasını istəyirik".

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı