Dino ehtiyatda qaldı, komandası uduzdu - DÇ-2018

Dino ehtiyatda qaldı, komandası uduzdu - DÇ-2018
GÜNDƏM 10 Noyabr 2017 / 23:00 8547
-  A +

Bu gün Afrika zonası üzrə DÇ-2018-in seçmə mərhələsində 5-ci turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, "Qarabağ"ın hücumçusu Dino Ndlovunun çıxış etdiyi Cənubi Afrika Respublikası millisi öz meydanında Seneqalı qəbul edib. Matç qonaq komandanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

CAR - Seneqal - 0:2
Qollar:
Diafra Sakho, 12, Tamsanqa Mkhize, 38-avtoqol

D.Ndlovu oyunu ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, CAR millisi Seneqal, Burkino Faso və Kape Verdenin yer aldığı D qrupunda sonuncu yerdədir.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı