İspaniya yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

İspaniya yığmasının millimizlə oyun üçün heyəti açıqlandı
XƏBƏR 13 Aprel 2010 / 11:15 1861
-  A +

19 yaşadək futbolçulardan ibarət İspaniya yığmasının heyəti açıqlanıb. Qol.Az-ın məlumatına görə, Avropa çempionatının elit-raundunda Azərbaycan millisinin rəqibi olan pireneylilər Türkiyədəki turnirə 18 futbolçu ilə yollanacaq.
Əskişəhərdə komandamızla yanaşı, Norveç və meydan sahibləri ilə də görüşəcək ispanların baş məşqçisi Luis Milla heyətə “Barselona”nın 7 futbolçusunu dəvət edib. Maraqlıdı ki, rəqibimizin heyətində İngiltərənin “Liverpul” klubunda legioner həyatı yaşayan oyunçu da yer alıb. İspanların Türkiyəyə gətirəcəyi tam heyət isə aşağıdakı kimidi:
Aytor Fernandes (“Atletik”), Xorxe Pulido (“Atletiko”), Alexandro Sançes, Martin Montoya, Karles Planas, Mark Bartra, Ruben Roxina, Oriol Romeu, Tyaqo Alkantara (hamısı “Barselona”), Huqo Malyo (“Selta”), Kristian Telyo, Oskar Sielva (hər ikisi “Espanyol”), Fransisko Fermenia (“Herkules”), Daniel Paşeko (“Liverpul”, İngiltərə), Rodriqo Moreno (“Real”), Serxio Qontan (“Valyadolid”), Ramiro Mayor (“Saraqosa”), İsko (“Valensiya”).
Qeyd edək ki, Azərbaycan – İspaniya oyunu aprelin 19-da keçiriləcək.


Son xəbərlər