"Niyə belə səhvlər etdiyimizi anlaya bilmirəm" - millimizin qapıçısı

"Niyə belə səhvlər etdiyimizi anlaya bilmirəm" -  millimizin qapıçısı
ÖLKƏ FUTBOLU 10 Noyabr 2017 / 12:00 3814
-  A +

21 yaşadək futbolçulardan ibarət milli komandamızın qapıçısı Mutafa Kemal Özhitay Avro-2019-un seçmə mərhələsində Bakıda Almaniyay 0:7 hesabı ilə uduzduqları oyundan sonra jurnalisltərin suallarını cavablandırıb.

Qol.az-ın məlumatına görə, türkəsilli qolkiper birabırçı məğlubiyyətin səbəbini erkən qol buraxmaları ilə əlaqələndirib.


- Oyun barədə nə deyə bilərsən?

- Ağır oyun oldu. Almaniyaya qarşı oynamaq çətindir. Bilirdik ki, hər şey elə də asan olmayacaq. Erkən qol buraxmağımız bizim üçün çox pis oldu.

- Bu qol oyunun dönüş nöqtəsi oldu?

-  Belə də demək olar. Erkən qoldan sonra çox pis oynadıq. Xeyli səhvlər etdik. Buna görə də böyük hesabla uduzduq.

- Komandada döyüş ruhu görünmür. Bu nə ilə bağlıdır?

- Bilmirəm. Hamı həvəsli idi, yaxşı oynamağa çalışırdı, ancaq alınmadı. Niyə belə səhvlər etdiyimizi anlaya bilmirəm.

- Bəlkə rəqibdən çəkindiniz?

- Mən belə deməzdim. Sadəcə, ilk qolu çox tez buraxdıq. Bunun komandamızda psixoloji təsir etdiyini düşünürəm.

- Bu yaxınlarda Ozancan Kökcü Azərbaycan millisində oynamaqdan imtina etdi. Onunla bu barədə danışmısan?

- Bunu məndən soruşmayın.

Daha çox


Son xəbərlər