"Paltardəyişmə otağı xəstəxanaya çevrilib" - Samir Ələkbərov

"Paltardəyişmə otağı xəstəxanaya çevrilib" - Samir Ələkbərov
GÜNDƏM 9 Noyabr 2017 / 20:38 6234
-  A +

“Futbolçular meydanda əziyyət çəkdiyi kimi, mən də çətinliklə üzləşirəm.Səhvlərimiz var və bunun üzərində işləməliyik”.

Qol.az-ıb məlumatına görə, bu sözləri Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Samir Ələkbərov Avro-2019-un seçmə mərhələsində Almaniya yığmasına 0:7 hesabı ilə uduzduqları oyundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Komandada istək yox idi. Bu, nə ilə bağlı idi?

- Bəli, istək var idi, hazırlaşmışdıq, lakin bacarmadıq. Komanda birinci dəqiqədə qol buraxdığı üçün həvəsdən düşdü. 

- Düşünmürsünüz ki, milliyə gəlişiniz düzgün deyildi?

- Kimsə bu yükün altına girməli idi. Təssüfflənmirəm.

- Yayılan xəbərlərə görə, futbolçularımız oyuna pul qoyuluşu ediblər. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?

- Mən futbolçuların oyuna pul qoyuluşu edəcəyinə inanmıram. Mümkün deyil.

- Renat Dadaşov sanki oynamaq istəmirdi. Bu barədə nə deyə bilərsiniz?

- Onu böyük ümidlərlə komandaya dəvət etmişik. Demək olar ki, bütün futbolçulardan narazı qaldım. 

- Kosovo ilə oyunda ciddi dəyişiklik gözlənilirmi?

- Gözlənilirdi. Amma indi paltardəyişmə otağı xəstəxanaya çevrilib. Bir neçə futbolçumuz əzələsini dartıb. Budaq, Renat, Bəhlulun zədəsi var.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı