"Neymarın PSJ-yə keçəcəyini bilmirdim" - Messi

"Neymarın PSJ-yə keçəcəyini bilmirdim" - <b style="color:red">Messi</b>
DÜNYA FUTBOLU 9 Noyabr 2017 / 10:13 3571
-  A +

"Barselona"nın futbolçusu Lionel Messi sabiq komanda yoldaşı Neymarın PSJ-yə keçidinə münasibət bildirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, argentinalı hücumçu bildirib ki, braziliyalı oyunçu onun iyunda olan toyu zamanı Paris təmsilçisinə keçəcəyi ilə bağlı heç nə deməyib: "Toy günü Neymarın bu qərarı verdiyini bilmirdim.ABŞ-dakı təlim-məşq toplanışının sonuna qədər biz onunla bu mövzu ilə bağlı danışmamışıq. O mənə demişdi ki, hələ bilmir, hansı qərarı verəcək. Başqaları deyir ki, Neymar artıq seçimini etmişdi. Ancaq biz bu haqda danışmırdıq".

Qeyd edək ki. Neymar bu yay "Barselona"dan PSJ-yə 222 milyon avroya keçib

 

Daha çox


Son xəbərlər
23.09.18  21:09

"Arsenal"dan qələbə