Xorvatiya və İsveçrə DÇ-2018-ə yaxınlaşdı

Xorvatiya və İsveçrə DÇ-2018-ə yaxınlaşdı
GÜNDƏM 10 Noyabr 2017 / 01:39 10919
-  A +

Bu gün DÇ-2018-in pley-off mərhələsinin ilk oyunlarına start verilib.

Qol.az-ın məlumatına görə, Avropa zonasında  matçlar 3 günü əhatə edəcək.

Seçmə mərhələdə qrup ikincisi olan 8 komanda - İsveç, İsveçrə, Şimali İrlandiya, İrlandiya, Danimarka, İtaliya, Yunanıstan və Xorvatiya mundiala vəsiqə uğrunda mübarizə aparır.

Bu gün Şimali İrlandiya İsveçrəni, Xorvatiya isə Yunanıstanı qəbul edib. Xorvatiya millisi böyükhesablı, İsveçrə isə səfərdə qələbə qazanmaqla mundiala yaxınlaşıb.

Xatırladaq ki, Şimali İrlandiya millimizlə birgə C qrupunda mübarizə aparıb.


9 noyabr

DÇ-2018

Avropa zonası, pley-off mərhələsi

İlk oyunlar

Şimali İrlandiya - İsveçrə - 0:1
Qol: 
Rodrigez, 58

Xorvatiya - Yunanıstan - 4:1
Qollar:
Modriç, 13-pen (1:0), Kaliniç, 19 (2:0), Sokratis, 30 (2:1), Perişiç, 33 (3:1), Kramariç, 49 (4:1)
 

10 noyabr

23:45. İsveç – İtaliya
 

11 noyabr

23:45. Danimarka – İrlandiya

Daha çox


Son xəbərlər