AFFA-nın sabiq baş katibini Ramin Musayev də təbrik etdi

AFFA-nın sabiq baş katibini Ramin Musayev də təbrik etdi
XƏBƏR 12 Aprel 2010 / 18:55 1845
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bu gün 75 yaşı tamam olan futbol veteranı, AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılovla görüşüb. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Çingiz İsmayılova Azərbaycan futbolunda gördüyü işlərə görə təşəkkürünü bildirən Ramin Musayev ona uzun ömür və can sağlığı arzulayıb.

Görüş zamanı futbolumuzun tarixi, həmçinin gələcək inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb. PFL adından yubilyarı təbrik edən Ramin Musayev Çingiz İsmayılova hədiyyə və pul mükafatı təqdim edib.
 
 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı