AFFA Çingiz İsmayılovu təbrik etdi (FOTO)

AFFA Çingiz İsmayılovu təbrik etdi (FOTO)
XƏBƏR 12 Aprel 2010 / 17:54 2190
-  A +

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov futbol veteranı Çingiz İsmayılovla görüşüb. Qol.Az-ın qurumun rəsmi saytina istinadən verdiyi məlumata görə, baş katib futbol ictimaiyyəti adından Çingiz İsmayılovu 75 illik yubileyi münasibətilə təbrik edib və ona xoş arzularını çatdırıb. Üzərində «Ç.İsmayılov 75» yazılmış Azərbaycan milli komandasının forması yubilyara təqdim olunub.
Daha sonra Çingiz İsmayılov görüşlə bağlı fikirlərini bildirib: «75 illik həyatımın 55 ilini futbolda keçirmişəm. Futbol mənim həyatım olub. Futbol mənə çoxlu dost tapmağa imkan verib. Keçmiş SSRİ-nin, son illərdə isə, demək olar ki, dünyanın bir çox ölkələrində məni tanıyırlar, yaddaşlarda varam. AFFA-ya təşəkkür edirəm ki, mənim ad günümü təbrik etdi».


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı