"Real"da penalti yoxdur

"Real"da penalti yoxdur
DÜNYA FUTBOLU 7 Noyabr 2017 / 13:29 4797
-  A +

"Real" bu mövsüm La Liqada indiyə kimi heç bir penalti qazanmayıb.

Qol.az-ın xəbərinə görə, bu barədə "Marca" qəzetinin hazırladığı yazıda bildirilib. Qeyd olunub ki, 36 ildən sonra Madrid klubu ilk dəfə ölkə çempionatının ilk 11 turunda penalti qazanmayıb.

Lider "Barselona"dan 8 xal geridə qalan "Real"da hücumçular Kriştiano Ronaldo və Kərim Benzemanın cəmi 1 qol vurduğu vurğulanıb.

Bundan əvvəlki mövsümlərdə "Real"ın ilk 5 turda qazandığı penaltilərin siyahısını dərc edən "Marca" hakimlərin "Atletik" (Bilbao), "Selta" və "Eybar"la qarşılaşmalarda penalti təyin etmədiyini yazıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı