Luiz-Konte münaqişəsinin səbəbi bilindi

Luiz-Konte münaqişəsinin səbəbi bilindi
DÜNYA FUTBOLU 7 Noyabr 2017 / 11:53 4262
-  A +

Çempionla Liqasında “Qarabağ”ın rəqibin olan “Çelsi”də baş məşqçi Antonio Konte ilə futbolçu David Luiz arasındakı münaqişənin səbəbi bəlli olub.

Qol.az-ın “The Times” nəşrinə istinadən yaydığı xəbərə görə, Luiz hesab edir ki, italiyalı mütəxəssis onun Dieqo Kosta ilə dostluğu səbəbindən cəzalandırır.

Qeyd edək ki, D.Kosta Konte ilə aralarındakı problemdən sonra “Çelsi”ni tərk edərək yenidən “Atletiko”ya qayıdıb. Bu problemin həlli üçün David Luizin tərəfləri barışdırmaq istədiyi, amma buna nail ola bimədiyi bildirilib.

Həmçinin qeyd edilib ki, Dieqo Kosta ilə dostluq edən daha bir braziliyalı futbolçu – Villian da bu mövsüm az oynamaq imkanı qazanıb.

Əlavə edək ki, italiyalı mütəxəssis braziliyalı müdafiəçi Luizi İngiltərə Premyer Liqasının 11-ci turunda "Mançester Yunayted"ə qarşı matçda (1:0) oynatmayıb. A.Konte D.Luisin Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Roma"ya 0:3 hesabı ilə uduzduqları matçda etdiyi hərəkətlərdən narazı qalıb. O bildirib ki, D.Luis çox çalışmalıdır: "Əks təqdirdə o ehtiyat oyunçular skamyasında oturacaq".


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı