Hakan Şükür: «Özünün dəyərini bilməyənlər başqasının da dəyərini bilməzlər»

Hakan Şükür: «Özünün dəyərini bilməyənlər başqasının da dəyərini bilməzlər»
DÜNYA FUTBOLU 12 Aprel 2010 / 16:30 2429
-  A +

Türkiyə futbolunun kralı Hakan Şükür Türkiyə Futbol Federasiyasına (TFF) qarşı kəskin fikirlər səsləndirib. Qol.Az-ın məlumatına görə, TRT kanalında çıxış edən kral TFF tərəfindən özünə qarşı ögey münasibətin olduğunu bildirib. Onun sözlərinə görə, futbolçu karyerasını bitirdikdən sonra bu biganəlik daha kəskin xarakter alıb. «Qalatasaray» klubunun keçmiş hücumçusu daha sonra bunları söyləyib: «Türkiyə Futbol Federasiyası rəsmilərinin özümə qarşı bu münasibətini heç cür anlaya bilmirəm. Hətta Bosniya və Hersoqovina - Türkiyə matçında federasiya rəhbərliyi mənə VİP tribunada yer vermədi. Amma bu tribunada federeasiya rəhbərliyi öz tanışlarına yer ayırmışdı. Oyunu izləmək üçün Bosniyaya getsəm də, matçı izləmək üçün qapıarxasındakı tribunada qalmışdım. Nəticədə bir vaxtlar keçmiş komanda yoldaşım olan Baliçə telefon açdım və o mənə VİP tribunada yerləşmək imkanı yaratdı. Düzdür, mən futbol matçlarını kənar tribunlardan izləməyə öyrəşmişəm, orada oturmağı özümə qabəhət bilmirəm. Amma türk futboluna, milli komandaya bu qədər əməyi olan bir insan kimi federasiya rəhbərliyinin ögey münasibətinin nədən qaynaqlandığına anlam vermək çox çətindir. Fikrimcə, hər birimiz türk futbolunun inkişafında əməyi olan şəxslərə qiymət verməyi bacarmalıyıq. Amma onu da başa düşürəm ki, özünun dəyərini bilməyən adamlar başqasının da dəyərini bilməzlər» 


Son xəbərlər