Millimizin üzvünə UEFA-nın “Qızıl buts”u təqdim olundu

XƏBƏR 12 Aprel 2010 / 16:12 1902
-  A +

Futzal üzrə Avropa çempionatında vurduğu 5 qolla komandamıza vacib qələbələr qazandıran Azərbaycan millisinin üzvü Nilson dos Santos UEFA tərəfindən “Qızıl buts” mükafatına layiq görülüb. Bu gün AFFA-nın Futbol Akademiyasında təşkil olunmuş tədbirdə assosiasiyanın baş katibi Elxan Məmmədov, Sahə Futbol Federasiyalarının prezidenti Mahir Məmmədov və Futzal Federasiyasının prezidenti Zaur Axundov iştirak ediblər.
Mükafatlandırma mərasimindən sonra milli komandamızın üzvü Nilson dos Santos AFFA-nın rəsmi saytına bildirib ki, bu mükafat kollektiv əməyin nəticəsidir: "Bu, tək mənim deyil, bütün komandanın uğurudur. Azərbaycan millisində oynamaqdan şərəf duyuram. Karyeramda aldığım ən dəyərli mükafatlardan biridir. Doğrudur, Avropa çempionu olmasaq da, bu, Azərbaycan millisinin üzvünün “Qızıl buts”a layiq görüldüyü çempionat kimi yaddaşlarda qalacaq”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki