AFFA-dan yığma üzvlərinə 20 min manat mükafat!

XƏBƏR 12 Aprel 2010 / 15:16 1718
-  A +

Futzal üzrə Azərbaycan yığma komandasının üzvləri mükafatlandırılıb. Qol.Az-ın məlumatına görə, Avropa çempionatında 4-cü yeri tutan komanda bu gün AFFA-ya dəvət olunub.
Komanda üzvlərinin hər birinə mükafat verilib. Futzalçıların AÇ-dəki oyunları mükafatların məbləğinə təsir göstərib. Belə ki, mütəmadi oynayanlara 20 min manat verilib. Ehtiyatda oturanların və oyuna sonradan daxil olanların əməyi 10 min manatla qiymətləndirilib.
Xatırladaq ki, yığmanın şərəfini qoruyanların çoxu "Araz"da çıxış edir. Bu heyət Portuqaliyanın Lissabon şəhərində keçiriləcək "Dördlər finalı"na hazırlaşır.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı