Foqts Cavid Hüseynovu milliyə qaytardı

XƏBƏR 12 Aprel 2010 / 14:49 1666
-  A +

Bu gündən etibarən təlm-məşq toplanışına başlayan yığmamızın heyətində növbəti dəyişiklik edilib. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, “Neftçi”nin yarımmüdafiəçisi Cavid Hüseynov milliyə dəvət edilib. Belə ki, “Qarabağ”ın iki oyunçusu – Vüqar Nadirovla Rəşad Sadiqov zədə ucbatından toplanışdan kənarda qaldığından baş məşqçi Berti Foqts digər oyunçuların xidmətindən yararlanmaq qərarına gəlib. Nəticədə onun yenidən milliyə qaytardığı Cavid aprelin 15-dək davam edəcək təlim-məşq toplanışında iştirak edəcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı